Siyasət

Azərbaycan XİN türk dünyasını təbrik edib: “Naxçıvan anlaşması TDT-nin əsası oldu” – FOTO

Sharing is caring!


“14 il əvvəl bu gün Naxçıvan sazişi imzalandı. Bu saziş sonradan Türk Dövlətləri Təşkilatının (TDT) əsası oldu”.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

“Türk Dövlətlərinin Əməkdaşlıq Günü münasibəti ilə qardaş türk dünyasını səmimi qəlbdən təbrik edirik”, – paylaşımda bildirilib.

Qeyd edək ki, Naxçıvan anlaşması 2009-cu il oktyabrın 3-də Türkdilli Ölkələrin Dövlət Başçılarının IX Zirvə toplantısında imzalanıb. Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin imzaladığı sənədə əsasən, TDT yaranıb.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir