Siyasət

Hacı Zeynalabdin Tağıyevin 200 illiyi UNESCO-da qeyd olunub – FOTO

Sharing is caring!


Fransanın paytaxtı Parisdə UNESCO-nun mənzil qərargahında XIX əsrin sonu-XX əsrin əvvəllərində yaşamış məşhur sahibkar, mesenat Hacı Zeynalabdin Tağıyevin 200 illiyinə həsr olunmuş foto-sərginin açılışı keçirilib.

“Report” xəbər verir ki, UNESCO üzrə Azərbaycan Milli Komissiyası və Azərbaycanın UNESCO yanında daimi nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev, UNESCO-nun gender bərabərliyi bölməsinin direktoru Maria Begona Lasagabaster, Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva, diplomatik korpusun nümayəndələri, iş adamları, professorlar, jurnalistlər və digər şəxslər iştirak ediblər.

Tədbirdə qonaqlara Hacı Zeynalabdin Tağıyevin fəaliyyəti haqqında ətraflı məlumat verilib. H.Z.Tağıyevin minlərlə işsizin işlə və pulsuz evlə təmin edilməsi, öz elektrik stansiyası olan qəsəbə, o cümlədən ambulatoriya tikilməsi, yaşlı fəhlələr üçün məktəb və kurslar açılması kimi təşəbbüs və fəaliyyətlərindən danışılıb. Azərbaycanlı mesenatın gender bərabərliyinə təhsilin inkişafına verdiyi töhfəsi yüksək qiymətləndirilib.

Nümayiş olunan fotolarda H.Z.Tağıyevin maarifçilik, xeyriyyəçilik fəaliyyəti geniş əksini tapıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir