Siyasət

XİN rəhbəri: “Azərbaycan Ermənistanın cəza alması üçün ardıcıl və sistemli işlər görür”

Sharing is caring!

“Bu günə qədər Xocalı soyqırımının təşkilatçıları beynəlxalq mühakiməyə cəlb edilməyiblər”.

Oxu.Az-ın məlumatına əsasən, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Ermənistanın həm Birinci Qarabağ müharibəsi, həm də İkinci Qarabağ müharibəsi zamanı törətdiyi cinayətlər beynəlxalq müstəqil mənbələri tərəfindən tanınıb və sənədləşdirilib. 

Nazir qeyd edib ki, hazırda Azərbaycan ardıcıl və sistemli şəkildə Ermənistanın beynəlxalq məhkəmələr vasitəsilə cəzasını almaq üçün işlər görür.

Aqşin Kərimov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir