Siyasət

Macarıstan səfiri: “Azərbaycanla əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib”

Sharing is caring!


“Macarıstanla Azərbaycan arasında əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib”.

“Report” xəbər verir ki, bunu Macarıstanın Azərbaycandakı səfiri Tamaş Torma İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində keçirilən görüşdə deyib.

Onun sözlərinə görə, Macarıstanın Azərbaycana qarşı siyasəti bu ölkənin ərazi bütövlüyü və suverenliyinə güclü dəstəyi nəzərdə tutur.

“Türk Dövlətləri Təşkilatının (TDT) ayrı-ayrı üzv ölkələri ilə ikitərəfli əlaqələrimizdən danışarkən vurğulamaq istərdim ki, Macarıstanın türk dövlətləri ilə əlaqələri fəal inkişaf edir. Macarıstan 2018-ci ildə TDT-yə müşahidəçi qismində qoşulub. Növbəti mühüm addım Budapeştdə TDT nümayəndəliyinin açılması oldu”, – o bildirb.

Səfir qeyd edib ki, Macarıstan bütün TDT ölkələri ilə strateji tərəfdaşlıq əlaqələrini möhkəmləndirir:

“Türk ölkələri ilə dil, mədəni və tarixi əlaqələrimizi, eləcə də emosional qohumluğumuzu çox yüksək qiymətləndiririk. Biz türk kökümüzlə fəxr edirik və türk xalqlarını özümüzə qardaş hesab edirik”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir