Siyasət

Türkiyə XİN başçısının müavini: “Bölgədəki bütün problemlər həllini tapa bilər”

Sharing is caring!


“Regiondakı bütün dövlətlər bilməlidirlər ki, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasının digər bölgə dövlətlərinə də böyük faydası var”.

Bunu Türkiyə xarici işlər nazirinin müavini Mehmet Kamal Bozay “Report”un Ankara bürosuna açıqlamasında bildirib.

O deyib ki, Birinci Dünya müharibəsindən başlayaraq indiyədək dünyada çözülməyən məsələlər var:

“Qarabağ münaqişəsini də bunlardan biri hesab etmək olar. Amma bu münaqişənin həllini istəməyənlər həm də öz əleyhlərinə addım atmış olurlar. Azərbaycanın haqlı mübarizəsində Türkiyənin mövqeyi bəllidir. Biz azərbaycanlı qardaşlarımızın hər zaman yanındayıq. Bu məsələnin ən ədalətli variantı Azərbaycanın ərazi bütövlüyünün tam şəkildə bərpa olunmasıdır. Bölgədəki bütün problemlər bundan sonra həllini tapa bilər. Biz bu variantı dəstəkləyirik. Amma əslində bunu regiondakı bütün dövlətlər istəməlidirlər. Çünki bu məsələ bütün bölgə dövlətlərinin xeyrinədir. Bir-birinə söykənən domino daşlarını düşünün, birinə toxunduqda digərləri necə yıxılırsa, bu problem də həll olunacağı təqdirdə, bütün məsələlər öz həllini tapacaq”.

M.K.Bozay söyləyib ki, Azərbaycan Türkiyə üçün “İki dövlət, bir millət” prinsipi ilə dostdan başqa, həm də iqtisadi baxımdan ən yaxın müttəfiqdir:

“Eyni zamanda mədəniyyətlərimizin, adət-ənənələrimizin, coğrafiyamızın yaxınlığı da bizim əməkdaşlığımızı, müttəfiqliyimizi daha da gücləndirməyə rəvac verir. Odur ki, Azərbaycanın ərazi bütövlüyünün bərpası Türkiyənin ən böyük istəyi idi və bu reallaşdı”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir