Siyasət

Tural Məmmədov: “Hər 10 elektron poçtdan biri zərərverici tərkibli olur”

Sharing is caring!


“Bu ilin birinci yarısında Dövlət Elektron Poçt Xidməti üzrə 16 milyon 993 min elektron poçt emal olunub və bunun 1 milyon 416 mini və ya 8 faizi zərərverici tərkibli olması səbəbindən bloklanıb”.

Oxu.Az-ın məlumatına görə, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov Bakıda keçirilən Dövlət Qurumlarının IT rəhbərlərinin II Zirvə Toplantısında deyib.

O bildirib ki, emal olunan elektron poçtlardan 15 milyon 577 mini və ya 92 %-i isə istifadəçilərə çatdırılıb:

“Digər illər üzrə də zərərverici tərkibli elektron poçtlar təxminən 8-10% arasında dəyişib ki, bu da hər 10 elektron poçtdan birinin zərərverici tərkibli olması deməkdir. Bu ciddi bir rəqəmdir və xahiş edirəm ki, bu istiqamətdə qurumdaxili maarifləndirmə tədbirləri gücləndirilsin. Çünki ən çox kiberhücumlar elektron poçt vasitəsilə göndərilən linklərlə edilir”.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir