Siyasət

Roland Bicamov: “Problemlərin həllini Qərbə yönəltmək erməni dövlətçiliyinin yox olmasına aparıb çıxara bilər”

Sharing is caring!


“İran, həqiqətən də, Azərbaycana qarşı ritorikasını dəyişib. Amma bu, daha çox etiraz faktoru ilə deyil, Türkiyə-İran-Rusiya üçbucağında münasibətlərin inkişafı və Ermənistanın davranışı ilə bağlıdır”.

Bu sözləri tanınmış rusiyalı şərqşünas, siyasi elmlər namizədi Roland Bicamov Oxu.Az-a şərhində deyib.

“Biz görürük ki, Ankara, Tehran və Moskva – üç regional aktor bir-biri ilə əməkdaşlıq edir. Bu isə Ermənistan rəhbərliyinin qeyri-sabit xarici siyasət kursu fonunda baş verir. İrəvanda bu və ya digər istiqamətdə böyük dəyişikliklər var. İran bundan narahatdır, çünki Ermənistanın qərbə meyli açıq şəkildə görünür və bu da açıq şəkildə bəyan edilir. Amma nədənsə İrəvanda Cənubi Qafqazda yerləşdiklərini anlaya bilmirlər. Ermənistan sözün birbaşa mənasında Qərbə gedə bilər. Ancaq bu, bir halda baş verə bilər ki, əhali kütləvi şəkildə Qərb dövlətlərinə köçsün və bu ölkələrdə diaspora çevrilsin”, – deyə Bicamov sözlərinə aydınlıq gətirib.

O, ermənilərin Ermənistan dövlətinin saxlanmasında maraqlı olduğu durumda, qonşuları – Azərbaycan, Gürcüstan, Türkiyə, Rusiya, İranla münasibətlər qurmalı olduğunu da vurğulayıb.

“Problemlərinin həllini Fransaya, ABŞ-yə və s. tərəfə yönəltmək yaxşı heç nəyə gətirməyəcək. Ola bilsin ki, Ermənistan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazisində erməni xalqı tərəfindən qorunub-saxlanılan erməni dövlətçiliyinin yox olmasına gətirib çıxaracaq. Və biz artıq Qarabağdan danışmırıq, çünki məsələ artıq həll olunub – bura Azərbaycandır. Qarabağın erməni sakinlərinin gələcəyi isə Azərbaycanın yurisdiksiyası çərçivəsində həll olunacaq”, – deyə şərqşünas bildirib.

Fikirlərinə əlavə olaraq Roland Bicamov deyib:

“İran anladı ki, Azərbaycanla dost olmaq onun üçün “Paşinyan Ermənistanı” ilə dost olmaqdan daha vacibdir. Tehran Bakı ilə mehriban qonşuluq kursunu müəyyənləşdirsə, bir çox problemlərini həll edə bilər. Və burada mühüm amil İrandakı etnik azərbaycanlılardır ki, onlar İran hakimiyyətinin bu cür addımlarını alqışlayacaqlar. “Şimal-Cənub” dəhlizinin böyük iqtisadi üstünlükləri və bir çox imtiyazları var. İran iqtisadiyyatında vəziyyət nə qədər yaxşı olsa, ölkədə ideoloji prinsiplərdən daha çox sosial-iqtisadi, humanitar və ekoloji problemlərdən qaynaqlanan etiraz fəallığını azaltmaq bir o qədər asan olacaq”.

Nair Əliyev

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir