Siyasət

Ceyhun Bayramov: “Qarşıdakı müddət Ermənistanın keçmiş səhvlərindən nəticə çıxarıb-çıxarmadığını göstərəcək”

Sharing is caring!


“Qarşıdakı müddət Ermənistanın keçmiş səhvlərindən nə qədər nəticə çıxarıb-çıxarmadığını göstərəcək”.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov “Report”un ABŞ bürosuna müsahibəsində bildirib.

“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşma prosesi ilə bağlı onu deyə bilərəm ki, rəsmi İrəvanın atdığı qeyri-konstruktiv addımlara rəğmən Azərbaycan dövləti sülh gündəliyinə sadiqdir, Azərbaycan dövlətinin atdığı addımlar Ermənistandan fərqli olaraq ardıcıldır, sistemlidir, məntiqlidir və onlar beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanır”, – deyə nazir vurğulayıb.

C.Bayramov Ermənistanı Azərbaycana qarşı qarayaxma kampaniyasını dayandırmağa, Azərbaycanın ərazi bütövlüyünü bilavasitə və dolayısı ilə sual altında qoymaq və digər zərərli yanaşmalardan əl çəkməyə çağırıb:

“Əgər belə olarsa, hesab edirəm ki, kifayət qədər məntiqli, uzun olmayan bir zamanda sülh müqaviləsini prinsip etibarı ilə razılaşdırmaq mümkündür. Ancaq yenə də vurğulamaq istərdim ki, bu elə bir məsələdir ki, burada bir tərəfin deyil, iki tərəfin də, yəni Ermənistan tərəfinin də sülh prosesinə yanaşması kifayət qədər önəmlidir”.

Qeyd edək ki, Azərbaycanın XİN başçısı hazırda BMT Baş Assambleyasının (UNGA) 78-ci sessiyasının yüksəksəviyyəli həftəsində iştirak etmək üçün Nyu-Yorkda səfərdədir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir