Siyasət

Rusiyanın partiya sədri: “Qarabağdakı erməni əhalinin reinteqrasiyası Azərbaycanın gündəmindədir”

Sharing is caring!


“Yaxın gələcəkdə hərtərəfli sülh sazişinin imzalanmasına dair vəziyyət “ölü nöqtə”dən tərpənə bilər”.

“Report”un Rusiya bürosunun məlumatına görə, bunu Rusiya Dövlət Dumasının beynəlxalq məsələlər komitəsinin sədri, Rusiya Liberal Demokrat Partiyasının (RLDP) lideri Leonid Slutski deyib.

Onun sözlərinə görə, bu yaxınlarda Azərbaycanın Qarabağ bölgəsində həyata keçirdiyi lokal antiterror tədbirləri onun daxili işidir.

RLDP-nin lideri bildirib ki, sentyabrın 20-də yeni tarixi mərhələ başlayıb və Azərbaycan, nəhayət, suverenliyini bərpa edib:

“Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olması faktını Ermənistanın baş naziri Nikol Paşinyan hələ Praqada verdiyi bəyanatla tanıyıb. Demək, lokal xarakterli antiterror tədbirləri məhz Azərbaycanın suveren ərazisində həyata keçirilib. Siyasi, tarixi nöqteyi-nəzərdən bu məsələyə nöqtə qoyulduğunu söyləmək mümkündür və vacibdir”.

L.Slutski vurğulayıb ki, erməni əhalinin reinteqrasiyası, təhlükəsizliyi, bu ərazidə infrastruktur və iqtisadi layihələrin həyata keçirilməsi kimi məsələlər artıq gündəmdədir və bundan sonra da gündəmdə olacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir