Siyasət

Çadın xarici işlər naziri: “Azərbaycanla bütün sahələrdə əməkdaşlığa hazırıq”

Sharing is caring!


“Çad Respublikası Azərbaycanla bütün sahələrdə əməkdaşlığa hazırdır”.

Bunu “Report”un ABŞ bürosuna açıqlamasında BMT Baş Assambleyasının 78-ci sessiyası çərçivəsində Nyu-Yorkda səfərdə olan Çad Respublikasının xarici işlər naziri Mahamat Saleh Annadif deyib.

Nazir Azərbaycanın BMT ilə reallaşdırdığı qlobal miqyaslı layihələrdən söz açıb:

“Azərbaycanı çox sevirəm, sizin ölkəniz bu gün inkişaf etməkdə olan ölkələr siyahısındadır. Azərbaycanın reallaşdırdığı beynəlxalq miqyaslı layihələrdən xəbərdarıq. Elə Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan çox böyük layihələrə imza atdı. BMT-nin yüksək səviyyəli həftəsində azərbaycanlı diplomatlarla da söhbətlərim oldu. Biz ölkələrimiz arasındaki münasibətlərin dərinləşməsi üçün çalışmalıyıq. Ümid edirəm ki, gələcəkdə Azərbaycan və Çad Respublikası arasında qarşılıqlı maraqlara xidmət edəcək uğurlu layihələrə imza atacağıq və münasibətlərin inkişafı xalqlarımızın gələcək rifahına öz töhfəsini verəcək”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir