Siyasət

Hafiz Hacıyev: “Burda müəyyən qüvvələrin yenə oyunu ola bilər…”

Sharing is caring!

“Bildiyimiz kimi Cənab Prezidentin göstərişi ilə uğurlu antiterror əməliyatı keçirildi və ermənilər ağ bayraq qaldırdılar. Amma indi onlara da inanmaq olmaz. Bunlar dünən Rusiya sülhməramlı kontingentinin bir neçə əsgərini öldürdülər. Ermənilər özlərinə qoyulan millət deyillər. Qarabağda yaşayan erməni icmasının nümayəndələri Yevlaxa gəlirlər və bu gün hər şey aydın olacaq”

Bunu Adalet.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev antiterror əməliyyatının nəticələri haqda danışarkən deyib. H.Hacıyev daha sonra bunları əlavə edib:

“Biz qətiyyətlə sözümüzü deməliyik, bu məsələyə son qoymalıyıq və sonraya saxlamamalıyıq. Xankəndində, Ağdərədə və Xocalıda bizim bayraqlarımız asılmalıdır. Azərbaycanın konstitutsiyasına uyğun bizim ərazilərimizdə Azərbaycan qanunları tam işləməlidir, hakimiyyət orqanlarının orda strukturları fəaliyyətə başlamalıdır. Ora Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi təyin edilməlidir. Kim qanunlara hörmət edəcəksə, qalacaq, kim hörmət etməyəcəksə, qapılar açıqdır çıxıb getsin. Ona görə də ciddi şəkildə bu məsələləri ortaya qoymalıyıq və deməliyik ki, budur. Daha neçə aylarla gözləməyə yol vermək olmaz. Çünki bilirsiniz ki, burda müəyyən qüvvələrin yenə oyunu ola bilər. Biz Vətən müharibəsində Xankəndinə girmək ərəfəsindəydik və onda orda olsaydıq, bu günə qədər belə əziyyətləri çəkməzdik. 

Düşünürəm ki, Cənab Prezident bunu öz çıxışı zamanı açıq şəkildə hər şeyi bildirdi. Bu ermənilərin axırıncı oyunudur. İndi özləyib görək Yevlaxdakı görüşdən sonra nə olacaq”. 

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir