Siyasət

Britaniya səfiri: “Azərbaycana kibertəhlükəsizlik sahəsində dəstək göstərməyə hazırıq”

Sharing is caring!


“Britaniya hökuməti daim Azərbaycana kibertəhlükəsizlik sahəsində dəstək göstərməyə və əməkdaşlığa hazırdır”.

“Report” xəbər verir ki, bunu Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki fövqəladə səfiri Fergus Auld Beynəlxalq Kibertəhlükəsizlik Günləri Konfransında (ICSD 2023) bildirib.

Onun sözlərinə görə, Azərbaycanda son üç ildə kibertəhlükəsizlik tədbirləri daha da gücləndirilib:

“Azərbaycan Prezidenti İlham Əliyev bu sahədə bir sıra önəmli sənədlər imzalayıb, ölkədə vacib qanunlar qəbul olunub, strategiya hazırlanıb. Azərbaycan kibertəhlükəsizlik dünyasına çox sürətlə inteqrasiya edir”.

Xatırladaq ki, bu gün “Azərbaycanda “Kibertəhlükəsizlik günlərinə” başlanılıb. Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin təşkilatçılığı ilə baş tutan konfransda kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən yerli və xarici mütəxəssislər, həmçinin dövlət qurumları və özəl müəssisə və təşkilatlarda bu sahəyə cavabdeh olan şəxslər iştirak edirlər. Konfransın ilk günündə kibertəhlükəsizliyin aktual problemləri və çağırışları üzrə dörd panel müzakirəsi keçirilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir