Dünya

Ukrayna Avropa ilə sərhədində ciddi yoxlamalara başladı – VİDEO

Sharing is caring!


Ukraynada müharibə davam edir.

Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.

O bildirib ki, ötən gecə Kiyev, eləcə də digər şimal vilayətləri Rusiyanın hava hücumuna məruz qalıblar. Dağıntılarla bağlı hələ ki, məlumat yoxdur.

Həmçinin qeyd edilib ki, Donetsk vilayətində vəziyyət daha da gərginləşib:

“Rusiyanın Avdiyevka istiqamətində irəlilədiyi və Ukraynanın şəhəri itirmə ehtimalı ilə bağlı məlumatlar var”.

O da bildirilib ki, Ukraynanın Zakarpatiya vilayətində (Macarıstan, Slovakiya, Sloveniya ilə sərhəd) müharibənin sonuna qədər hər gün istər ukraynalı, istərsə də xarici vətəndaşların sənədlərinin yoxlanılması prosesinə başlanılıb.

Ətraflı süjetdə:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir