Siyasət

“Azərbaycanın qələbəsi bir çox müsbət prosesə təkan verəcək” – ŞƏRH

Sharing is caring!


“Uzun sürən Ermənistan-Azərbaycan qarşıdurmasının son nöqtəsi qoyuldu”.

Bu sözləri Oxu.Az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib. O qeyd edib ki, əvvəl-axır bu antiterror tədbirləri aparılmalı idi:

“2020-ci ilin payızında, 44 günlük Vətən müharibəsində biz bütün prosesin ağırlığını qaldıra bildik. Son addım qalmışdı və bu, indi atıldı.

Ermənistan qüvvələrinin müharibədən sonra Qarabağda külli miqdarda silah-sursat qoyub getməsi, ölkəmizin ərazisində yaşayan 10 minə yaxın ermənini silahlandırmağa çalışması Azərbaycanın daxilində yeni cəbhə açmaq niyyəti ilə əlaqədar idi. Ancaq biz buna imkan vermədik. Təsadüfi deyil ki, qondarma rejimin yalançı rəhbərləri bizə meydan oxumağa çalışırdılar. Biz isə həmişə olduğu kimi yenə gücümüzü bilirdik, özümüzə inanırdıq. Qondarma qurum təmsilçilərinin bizə oyun qurmağı ağlasığmaz idi. Faktiki olaraq, bütün istiqamətlərdə rəsmi Bakının sözü qanuna çevrilir. Biz həmin 10 minlik silahlını diz çökdürdük. Necə adlandırmağa çalışsalar da, bu, Azərbaycanın qələbəsidir. Azərbaycan diplomatiyasının çevik gedişi sayəsində erməni separatçıları darmadağın edildilər”.

Politoloq qeyd edib ki, bundan sonrakı proseslərdə də gündəliyi Azərbaycan formalaşdıracaq:

“Sülh danışıqlarının da yükünü biz çəkirik. Burada heç bir kənar qüvvələrdən söhbət gedə bilməz. Ermənistan, təbii ki, tam məğlub olduqdan sonra gərək şərtlərimizi qəbul etsin. Son proseslər mənə elə gəlir ki, Cənubi Qafqazda “3+3” formatını canlandıra bilər. Bunun qarşısında duran siyasi maneələr aradan qaldırılır; İranın mövqeyi yumşalıb, Türkiyə, həmişəki kimi, bizim tərəfimizdədir, Rusiya regionda vəziyyətin dəyişməsinə, hətta Gürcüstanla barışığa çalışır. Bütün bunlar göstərir ki, Azərbaycanın qələbəsi bir çox müsbət prosesə təkan verəcək, mahiyyətini zənginləşdirəcək. Regionda Azərbaycanın öncül rolu bir daha təsdiqləndi və heç kəsdə şübhə doğurmayacaq”.

Aysel Aslan

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir