Siyasət

Ceyhun Bayramov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi ilə görüşüb – FOTO

Sharing is caring!


BMT Baş Assambleyasının 78-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil ilə görüşüb.

Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, görüş zamanı, İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasından irəli gələn məsələlər, ətraf mühitin qorunması sahəsində mümkün əməkdaşlıq perspektivləri, ölkəmizin konvensiya çərçivəsində təşəbbüsləri müzakirə olunub.

Nazir Ceyhun Bayramov Azərbaycan tərəfindən ətraf mühitin qorunması və bərpası sahəsində təsdiqlənmiş dövlət proqramlarının icrası istiqamətində ölkəmizin BMT-nin bir sıra qurumları ilə aktiv əməkdaşlıq etdiyini diqqətə çatdırıb.

Ölkəmizin bu sahədə ənənəvi enerji mənbələrindən alternativ enerjiyə keçid istiqamətində irəli sürdüyü təşəbbüslərdən bəhs edən nazir Ceyhun Bayramov, bu xüsusda, ötən il Azərbaycan və Avropa İttifaqı arasında imzalanmış Anlaşma Memorandumunun özündə bərpaolunan enerji istehsalında əməkdaşlığı nəzərdə tutmasının bu sahənin təşviqində mühüm rol oynadığını diqqətə çatdırıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir