Siyasət

Fuad Hüseynəliyev: “Üçtərəfli Bəyanat vaxtında icra olunsaydı, antiterror tədbirlərinə ehtiyac qalmazdı”-VİDEO

Sharing is caring!


“Ermənilər belə hesab edirlər ki, hər zaman verdikləri vədlərdən yayına bilərlər”.

Bunu “Report” İnformasiya Agentliyinin rəhbəri Fuad Hüseynəliyev CBC televiziyasının efirində bildirib.

O, qeyd edib ki, hər şey 44 günlük müharibədən sonrakı razılaşmalar Ermənistan tərəfindən yerinə yetirilməyib.

“2020-ci ildəki İkinci Qarabağ müharibəsindən sonra qanunsuz erməni silahlı dəstələrinin Azərbaycan ərazisindən çıxarılması razılaşdırılmışdı. Lakin Ermənistan bu dəfədə razılaşmaları icra etməkdən boyun qaçırdı. Həmin dəstələr hələ də oradadırlar. Lokal antiterror tədbirlərinin məqsədi də məhz Ermənistan silahlı qüvvələrinin qalıqlarını Qarabağdan çıxarılmasıdır”, – deyə agentlik rəhbəri bəyan edib.

O, qeyd edib ki, əgər üçtərəfli bəyanatın tələbləri vaxtında icra olunsaydı, hazırkı antiterror tədbirlərinə ehtiyac qalmazdı.

Daha ətraflı CBC TV-nin materialında:

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir