MARAQLI

Meymunçiçəyindən müdafiə yolu açıqlanıb – FOTO

Sharing is caring!

Meymunçiçəyinə tutulmamaq üçün yad adamlara toxunmaqdan çəkinməli, özünüzü qorumalı və partnyorunuzdan infeksiyalar üçün yoxlanışdan keçməsini istəməlisiniz.

Bu barədə Moskva Fizika və Texnologiya İnstitutunun genom mühəndisliyi laboratoriyasının rəhbəri, virusoloq, tibb elmləri namizədi Pavel Volçkovun xəstəlikdən qorunma barədə tövsiyələrindən aydın olur.

“Bütün bunlar karantin tədbirləridir. Şərti olaraq, yad adamlara toxunmaq olmaz, tanışlarla isə ancaq onların sağlam olduğuna əmin olduğunuz halda təmas olar. Yalnız təhlükəsiz cinsi əlaqədə olunmalıdır. Cinsi partnyorun sağlamlığına əminlik olmalıdır. Ondan cinsi yolla, qan və bədən mayeləri vasitəsilə ötürülən infeksiyalar üçün test etməsini xahiş etmək daha yaxşıdır”, – deyə Pavel Volçkov izah edib.

Onun sözlərinə görə, insan sağlam olmadığını kifayət qədər tez anlayır.

“Meymunçiçəyində gizli dövr o qədər də uzun deyil. Cəmi bir neçə gün davam edir”, – deyə virusoloq əlavə edib.

Ekspert vurğulayıb ki, bu səbəbdən karantin və profilaktik tədbirlər infeksiyalardan qorunmağa kömək edəcək.

Xatırladaq ki, cari ilin may ayının əvvəllərindən meymunçiçəyi xəstəliyi bütün dünyada yayılmağa başlayıb. Yeni infeksiyaya yoluxma halları ABŞ, Böyük Britaniya, Almaniya, Avstraliya, Afrika, Macarıstan, Finlandiya və sair ölkələrdə qeydə alınıb.

Mənbə: Ura.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir