Siyasət

M.Zaxarova: “Rusiya Laçın və Ağdam-Xankəndi yollarının eyni vaxtda açılmasını müsbət qiymətləndirib”

Sharing is caring!


Rusiya Laçın və Ağdam-Xankəndi yollarının eyni vaxtda açılmasını müsbət qiymətləndirib.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova özünün “Telegram” kanalında bildirib.

O, sentyabrın 18-də hər iki istiqamətdən eyni vaxtda ərzaq və dərman partiyaları çatdırıldığını bildirib.

“Biz maneəsiz və müntəzəm humanitar təchizatın davamını gözləyirik”, – deyə Zaxarova əlavə edib.

Rusiya XİN nümayəndəsi Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına dair liderlər arasında üçtərəfli sazişlərin bütün kompleksinin həyata keçirilməsinə ümid etdiyini bildirib.

“Biz Cənubi Qafqazda sülhün və sabitliyin qorunmasında tam maraqlıyıq”, – deyə Zaxarova yazıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir