Cəmiyyət

Azərbaycanın təmiz havası olan bölgəsində insanlar üfunətdən nəfəs ala bilmirlər – VİDEO

Sharing is caring!


Zaqatala şəhərindən keçən çaya axıdılan kanalizasiya suları sakinləri narazı salıb.

Xezerxeber.az xəbər verir ki, Fikrət Əmirov küçəsinin sakinləri yaxınlıqdan keçən Bəkməz çayına axıdılan kanalizasiyanın üfunətindən illərdir ki, əziyyət çəkirlər. Çayın yatağından qalxan üfunət evlərə dolur. Aidiyyətı üzrə olunan müraciətlər isə heç bir nəticə vermir. Hər dəfə onlara məsələnin həll olunacağına söz verilsədə vəziyyət dəyişmir.

Vəziyyətlə bağlı  “Azərsu” ASC dən bildirdilər ki, qeyd olunan ünvanda kanalizasiya xəttində qəza baş verib.

“Həmin ərazidəki köhnə şəbəkədir və bir neçə dəfə qəza olub. Problemin birdəfəlik həlli üçün 160 m uzunluğunda xətt dəyisdirilməlidir. Zəruri mal material alınması üçün müraciət olunub və problem qısa müddətdə aradan qaldırılacaq”.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir