Siyasət

Serbiyanın keçmiş XİN başçısı: “Azərbaycan müharibədə itkin düşən şəxslərin ağrı-acısını yaşayan dövlətdir”

Sharing is caring!


“Azərbaycan müharibədə itkin düşən şəxslərin ağrı-acısını yaşayan dövlətdir”.

“Report” xəbər verir ki, bunu Serbiyanın keçmiş xarici işlər naziri, BMT Baş Assambleyasının 67-ci sessiyasının sədri Vuk Yeremiç “İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün milli və beynəlxalq səylərin artırılması” mövzusunda beynəlxalq konfransa videomüraciəti zamanı deyib.

Onun sözlərinə görə, itkin düşən şəxslərin taleyinin araşdırılması ilə əlaqədar bəzi nailiyyətlərə baxmayaraq, məsələ hələ də həllini tapmamış qalır: “Təəssüf ki, hazırda müharibə nəticəsində Ukraynada itkin düşənlərin sayı 24 minə çatıb və bu, sadəcə, dəhşətdir”.

V.Yeremiç bildirib ki, bu işdə birgə addımların atılması mümkün nəticənin əldə edilməsi üçün vacib şərtdir:

“Ona görə də insanlıq əleyhinə işlənən cinayətlərə qarşı əməkdaşlığımızı bundan sonra da davam etdirməliyik”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir