Dünya

Rusiyada dəhşətli qəza: Taksi yük maşını ilə avtobusun arasında qaldı – FOTO/VİDEO

Sharing is caring!

Moskvada dəhşətli qəza baş verib. Belə ki, taksi fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitəsi avtobus və yük maşınının arasında qalıb. Nəticədə taksinin sürücüsü və qadın sərnişin ölüb.

Bu barədə Rusiya Daxili İşlər Nazirliyindən xəbər verilib.

İlkin məlumata görə, qəza zamanı çoxtonnajlı yük maşınının sükanı arxasında 27 yaşlı sürücü olub. Toqquşmadan sonra o, hadisə yerindən qaçıb.

Qəza anı müşahidə kamerası tərəfindən qeydə alınıb.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir