Siyasət

Səfir: “Azərbaycan Özbəkistanın tərəfdaşları arasında özünəməxsus yer tutur”

Sharing is caring!


“Azərbaycan Özbəkistanın tərəfdaşları arasında özünəməxsus yer tutur”.

“Report” xəbər verir ki, bunu Özbəkistanın Azərbaycandakı səfiri Bəhrom Əşrəfxanov Özbəkistan Respublikasının müstəqilliyinin elan edilməsinin 32-ci ildönümünə həsr olunmuş tədbirdə bildirib.

“Müstəqillik illərində Özbəkistan özünün şərəfli inkişaf yolunu keçib, iqtisadiyyatın bir çox sahələrini, o cümlədən sənayeni, turizmi və digər sahələri gücləndirib. Özbəkistan demokratik, inkişaf etmiş vətəndaş cəmiyyətinə malik sosial dövlətə çevrilib. Son illərdə ölkəmiz dünya birliyində mühüm subyekt kimi statusunu möhkəmləndirib, xarici tərəfdaşlar dairəsini genişləndirib və Azərbaycan da onların arasında özünəməxsus yer tutur”, – o deyib.

Səfirin sözlərinə görə, Özbəkistan və Azərbaycan arasında ortaq tarix, adət-ənənə, din, dil, qarşılıqlı sevgi və etimada əsaslanan əlaqələr sürətlə inkişaf edir:

“Bu gün böyük qürur hissi ilə qeyd edə bilərik ki, ölkələrimizin qarşılıqlı faydalı əlaqələri inkişafın zirvəsindədir, özbək və Azərbaycan xalqları arasında qardaşlıq əlaqələri isə günü-gündən möhkəmlənir. Münasibətlərimiz bütün istiqamətlərdə sürətlənməkdə davam edir”.

B.Əşrəfxanov ikitərəfli münasibətlərin keyfiyyətcə yeni səviyyəyə çatdırılmasında ölkə prezidentlərinin böyük rolunun olduğunu da qeyd edib:

“Bu ilin avqustunda Özbəkistan Prezidentinin Azərbaycana dövlət səfərinin yekunları ikitərəfli əməkdaşlığın və strateji tərəfdaşlığın möhkəm təməlini daha da möhkəmləndirdi. Yüksək səviyyəli səfərin əsas nəticəsi Ali Dövlətlərarası Şuranın yaradılmasına dair sazişin imzalanması oldu ki, bu da ölkələrimiz arasında qarşılıqlı əməkdaşlığın yeni və keyfiyyətli səviyyəsinin yaranmasından xəbər verir”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir