Siyasət

Okamponun anti-Azərbaycan hesabatının ifşası BMT-nin rəsmi sənədi kimi yayıldı

Sharing is caring!


Böyük Britaniyalı vəkil Rodni Diksonun Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) keçmiş birinci prokuroru Luis Okamponun Azərbaycan əleyhinə rəyini ifşa edən hesabatı BMT-nin rəsmi sənədi kimi dərc olunub.

Hesabatda bildirilir ki, Okamponun rəyi hüquqi baxımdan əsaslı şəkildə qüsurludur, çünki o, hərtərəfli, müstəqil və qərəzsiz ekspert rəyinin metodologiyasını əks etdirmir, hüquqi kontekstdə və mövcud sübutların rasional təhlilinə imkan vermir, eləcə də Ermənistan və Azərbaycan arasında Beynəlxalq Məhkəmədəki prosesləri yanlış səciyyələndirir.

Dikson belə nəticəyə gəlir ki, hazırda guya Qarabağın erməni əhalisinin qondarma “soyqırımı”nın baş verdiyi iddiası heç bir dəlillə təsdiqlənmir və beynəlxalq ictimaiyyət bunu və iddia edilən nəticələri qəbul etməməlidir.

O qeyd edir ki, “soyqırımı” ilə bağlı saxta ittihamlar beynəlxalq hüquqa əsasən məsuliyyətə cəlb olunan qanunsuz əməllərdir.

Xatırladaq ki, Luis Moreno Okampo avqustun 7-də Azərbaycanın Qarabağ bölgəsində guya “soyqırımı” baş verdiyini iddia edən “hüquqi rəy” dərc etmişdi.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir