Cəmiyyət

Balakəndə dolu nəticəsində ziyan dəyən evlər bərpa olunur – FOTO

Sharing is caring!


Sentyabrın 7-də Balakəndə dolu nəticəsində ziyan dəyən evlər bərpa olunur.

“Report” xəbər verir ki, baş verən qasırğa nəticəsində şəhər ərazisində 40 ailənin yaşadığı beşmərtəbəli binanın dam örtüyü tamamilə uçub, Katex kəndinin “Kombinat” adlanan ərazisində isə iri dənəli dolu 117 fərdi yaşayış evinin və bir məscid binasının dam örtüyünə və yardımçı tikililərə, habelə ev əşyalarına zərər vurub.

Baş verən hadisə ilə bağlı Nazirlər Kabinetinə və FHN-ə bildirilib, rayon icra hakimiyyəti, Fövqəladə Hallar Komissiyası və FHN-in aidiyyəti mütəxəssisləri tərəfindən hadisə yerinə baxış keçirilib.

Belə ki, 40 ailənin yaşadığı beşmərtəbəli yaşayış binasının dam örtüyü üç gün müddətində bərpa edilib. Bələdiyyə tərəfindən tam ciddi ziyan çəkən 21 ailəyə 1 040 ədəd azbes şifer paylanıb, icra hakimiyyəti tərəfindən 102 ailəyə 150 manat olmaqla yardımın edilməsi nəzərdə tutulub.

Bundan başqa, FHN tərəfindən Katex kəndində evlərin dam örtüyü üçün dəmir metal vərəqələrin paylanılması təmin olunub. İcra hakimiyyətindən əlavə olaraq bildirilib ki, növbəti günlərdə də bu proses mərhələli şəkildə davam edəcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir