Siyasət

“Beynəlxalq Qızıl Xaç Komitəsinin fəaliyyəti separatçılığı dəstəkləməyə yönəlib” – RƏY

Sharing is caring!


“Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) fəaliyyəti separatçılığı dəstəkləməyə yönəlib”.

Bunu “Report”a açıqlamasında politoloq Samir Hümbətov deyib.

O bildirib ki, bu ritorikanın kimsəyə xeyri yoxdur:

“Görünən odur ki, BQXK kimlərinsə sifarişini yerinə yetirir. Əslində bu cür davranış bizim üçün yeni deyil.

Sözügedən gedən hələ 90- illərdə bizim icazəmiz olmadan Xankəndidə ofis açdı. Bu, birbaşa olaraq separatizmi dəstəkləmək deməkdir. BQXK istəsə idi, fəaliyyətini Bakıdan da davam etdirə bilərdi”.

Ekspertin sözlərinə görə, qurumun sürüşkən siyasəti indiyədək davam edir:

“Ən mühüm məqamlardan biri odur ki, bu təşkilat itkin düşmüş azərbaycanlıların, həmçinin girovluqda olanların taleyi ilə maraqlanmır. Son 3 ayda isə biz BQXK- nın öz emblemi altında Xankəndiyə qanunsuz yüklər daşıdığını müşahidə edirik. Prosesdə erməni lobbisinin də əlinin olması mümkündür. Bütün hallarda BQXK dürüst deyil”.

Qeyd edək ki, Bərdədə “Bərdə” otelinin yanında Rusiya Qızıl Xaçının ərzaq maşını dayanıb. Bu maşın Ağdam-Xankəndi yolu ilə Xankəndinə hərəkət etməli olduğu halda, hələ də hərəkət etmir. Ermənistan və BQXK ərzaqların daşınmasına mane olmağa çalışır. Bu isə BQXK-nin sözlərinin səmimiliyini ciddi şübhə altına qoyur.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir