Siyasət

Prezident İlham Əliyev “Total Energies” şirkətinin baş icraçı direktorunu qəbul edib – YENİLƏNİB + VİDEO

Sharing is caring!


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 31-də “Total Energies” şirkətinin baş icraçı direktoru Patrik Puyanneni qəbul edib.

AZƏRTAC xəbər verir ki, görüşdə “Abşeron” yatağında hasilatın başlanılması vurğulanıb və layihənin parametrləri barədə dövlətimizin başçısına ətraflı məlumat verilib. Qeyd edilib ki, hasilat quyusu ən məhsuldar və ən aşağı karbon tullantılarına malik quyudur. Bu da yatağın potensialının zənginliyinin və perspektivinin aydın göstəricisidir.

Söhbət zamanı “Total Energies” şirkətinin Azərbaycanda fəaliyyətinin genişləndirilməsi, o cümlədən “Abşeron” yatağının tam işlənmə mərhələsinə keçməsi barədə fikir mübadiləsi aparılıb, şirkət tərəfindən layihələrdə iştirakla bağlı maraq ifadə olunub. Ölkə ərazisində, o cümlədən Naxçıvanda bərpa olunan enerji layihələrinin həyata keçirilməsi perspektivi və potensialı müzakirə edilib.

10:18

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 31-də “Total Energies” şirkətinin baş icraçı direktoru Patrik Puyanneni qəbul edib.

Bu barədə AZƏRTAC xəbər verir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir