Siyasət

İcma: “Fransa hökumətini qətiyyən humanitar məsələlər maraqlandırmır”

Sharing is caring!


Fransanın Paris şəhəri daxil olmaqla bir sıra bölgələrinin yerli özünüidarəetmə orqanlarının nümayəndələrinin 30 avqust 2023-cü il tarixində Azərbaycanın Laçın bölgəsi istiqamətində Ermənistanla şərti sərhəd zonasında təxribata cəhd edəcəkləri barədə məlumat yayılıb.

Məsələ ilə bağlı Qərbi Azərbaycan İcması məlumat yayıb.

Məlumatda bildirilir:

“Qatı irqçi, azərbaycanofob Ann İdalqo, Fransanın erməni icmasının radikal nümayəndəsi Jan Barseqyan kimi ünsürlərin təşkil etdikləri bu avantüranın guya Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərə “humanitar yardım” aparmaq məqsədi daşıyır.

Vurğulamaq lazımdır ki, bu şəxsləri və bu təxribatın əsl təşkilatçısı olan Fransa hökumətini qətiyyən humanitar məsələlər maraqlandırmır. Sözügedən dairələri insan taleyi maraqlandırsaydı, onlar Ermənistanın Azərbaycan ərazilərini işğal etməsinə, bir milyondan artıq azərbaycanlını etnik təmizləməyə məruz qoymasına, 20 mindən artıq mülki azərbaycanlını qətl etməsinə, 900 Azərbaycan yaşayış məskənini yer üzərindən silməsinə etiraz edərdilər. 

Fransanın bu mənfur addımı təşkil etməkdə məqsədi bölgədə vəziyyəti daha da gərginləşdirmək, Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərin re-inteqrasiyasını və Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olunmasını əngəlləməkdir”. 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir