Siyasət

General Yücel Karauz: “TDT daxilində Türkiyə, Azərbaycan və Özbəkistan lokomotiv halına gəliblər”

Sharing is caring!


“Özbəkistan-Azərbaycan əlaqələrinin güclənməsi türk dünyasının inkişafı baxımından çox önəmlidir. Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana səfəri iki ölkənin siyasi liderlərinin nə qədər uzaqgörən, milli, müasir siyasət yürütdüklərinin göstəricisidir”.

Bunu “Report”a açıqlamasında Türkiyənin Azərbaycandakı səfirliyinin keçmiş hərbi attaşesi, ehtiyatda olan general-mayor Yücel Karauz deyib.

O bildirib ki, hazırda Türk Dövlətləri Təşkilatı (TDT) daxilində Türkiyə, Azərbaycan və Özbəkistan lokomotiv halına gəliblər.

“Digər dövlətlər həm coğrafi yerləri, həm də demoqrafik vəziyyətləri səbəbilə hələ TDT-yə lazımi səviyyədə töhfə verə bilmirlər. Ona görə də Özbəkistan Prezidentinin Azərbaycana dövlət səfəri çox önəmlidir. İki dövlətin əlaqələrinin inkişafı həm türk dövlətlərinə, həm də bölgədəki digər dövlətlərə, yəni Özbəkistanın qonşularına və Qafqaza təsir edir. Bu əməkdaşlıq həm də qlobal miqyasda baş verəcək təhdidlərə qarşı birlikdə hərəkət etmək, konsepsiyaları müəyyən etmək baxımından önəmlidir”, – general qeyd edib.

Y.Karauz vurğulayıb ki, bu proseslərin başlanğıcı Qarabağ zəfəridir:

“Həmin zəfərdən sonra imzalanan Şuşa Bəyannaməsinin İstanbul zirvəsinə təsiri və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Türk Dövlətləri Təşkilatına çevrilməsi bu dövlətləri hərəkətə keçirdi. Türk dövlətləri daha müstəqil siyasət yürütməyə başladılar, bunun uğurlu nəticəsini də görürlər. Bu gün Türkiyə-Azərbaycan münasibətləri Şuşa Bəyannaməsi ilə xüsusi xatırlandığı kimi, Özbəkistan Prezidentinin Azərbaycana səfəri də irəliləyən vaxtlarda önəmli dönüş nöqtəsi kimi tarixə keçəcək”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir