Siyasət

Pakistanlı ekspert: “Fransa Azərbaycanın öz sərhədlərinə nəzarət etmək hüququnu dəstəkləməlidir”

Sharing is caring!


“Fransa anti-Azərbaycan siyasətini dayandırmalı və ədalətin tərəfini tutmalıdır – Azərbaycanın təhlükəsizlik məqsədilə öz sərhədlərinə nəzarət etmək hüququnu dəstəkləməlidir”.

Bunu “Report”a açıqlamasında beynəlxalq münasibətlər üzrə analitik, pakistanlı Xalid Taymur Əkrəm Fransanın Avropa və xarici işlər naziri Ketrin Kolonna ilə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında telefon danışığından sonra Fransa XİN-in verdiyi bəyanata münasibət bildirərkən deyib.

“Laçın” sərhəd-buraxılış məntəqəsinin quraşdırılması tamamilə qanuni və zəruridir. Azərbaycan, hər bir suveren dövlət kimi, öz sərhədlərindən keçən hər kəsə, eləcə də onların daşıdığı hər şeyə nəzarət etməlidir”, – o bildirib.

Onun sözlərinə görə, Fransa Ermənistanın Azərbaycanın Qarabağ bölgəsində formalaşdırdığı “humanitar böhran” haqqında təbliğatına uyub. Eyni zamanda, Qarabağın erməni sakinlərinin özlərinin yazdıqlarına əsasən, Xankəndidə elektrik enerjisi və ərzaq qıtlığı müşahidə olunmur:

“Fransa azərbaycanlıların Ermənistandan və Qarabağdan kütləvi surətdə çıxarılmasına, ermənilərin azərbaycanlılara qarşı törətdiyi hərbi cinayətlərə heç vaxt əhəmiyyət verməyib. İndi onun “fəal iştirakı” “humanizm siyasəti”nin birtərəfliliyini nümayiş etdirir – bəziləri buna layiqdirlər, bəziləri isə yox.

ATƏT-in keçmiş Minsk qrupunun üzvü olan Fransanın bu cür ermənipərəst mövqeyi Azərbaycanın dediklərini bir daha təsdiqləyir – onlar iki ölkə arasında sülhə nail olmaq üçün heç nə etməyiblər”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir