Siyasət

Hikmət Hacıyev Baydenin müşaviri ilə Azərbaycan-Ermənistan münasibətlərini müzakirə edib – FOTO

Sharing is caring!

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivanla Azərbaycan-Ermənistan arasındakı normallaşma prosesini, habelə sülh müqaviləsi üzrə danışıqları müzakirə edib.

Bu barədə Hikmət Hacıyev “Twitter“ hesabında məlumat verib.

“Biz Azərbaycan-Ermənistan arasında ikitərəfli əlaqələri, regional təhlükəsizlik məsələlərini, normallaşma və sülh müqaviləsi üzrə danışıqları nəzərdən keçirdik. Azərbaycanın regional sülh gündəmini irəli aparmaq əzmində olduğunu bildirdim”, – deyə Azərbaycan Prezidentinin köməkçisi qeyd edib.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir