Siyasət

Qərbi Azərbaycan Xronikası: Ermənilərin Urartu yalanının ifşası – VİDEO

Sharing is caring!


Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında Göyçə mahalının Dərə kəndinin tarixi, adətləri haqqında xüsusi buraxılış hazırlanıb.

“Dərə kəndində xəzərlərin, qıpçaqların və oğuzların məzarları” adlı verilişdə Ay inancı, “Əlibelində” rəmzi, Urartu, qədim Oğuz, Xəzər tayfalarına, albanlara aid xeyli nişanələrin olduğu Dərə kəndindən bəhs olunur.

Həmçinin böyük tarixi yaşadan kənddəki qədim qayaüstü rəsmdə nə təsvir olunmuşdu, “Əlibelində” rəsminin mənası nədir, qədim Oğuz məzarlığı necə tapılıb və digər suallara aydınlıq gətirilir, eləcə də kəndin etnoqrafiyası, mətbəxi və adət-ənənələri barədə maraqlı məqamlara toxunulur.

Xüsusi buraxılışda Urartu yer adlarında qeyd olunan Dərə kəndində Urartu hökmdarı 1-ci Rusanın məğlub olduğu yer, Davud peyğəmbərə aid nişan daşı, xəzərlərin izi, qıpçaqlara aid alban məzarlığı üzərində aylı xaçın mənası, burada Cahanşah Həqiqi, Nadir şah Əfşarın izləri və qədim karvansara barədə məlumat verilir, tarixi yeniliklər işıqlandırılır.

Bldirilir ki, Göyçədə 2000 ildən çox torpaq altında qalmış mərz daşının üzərindəki yazı Azərbaycan dilində ən qədim yazı nümunəsidir.

Bundan əlavə, ermənilərin Urartu ilə bağlı uydurma və yalanları ifşa olunur, Qərbi Azərbaycanın qayaüstü rəsmlərində qədim türk rəmzləri, Urartu hökmdarı 1-ci Rusa ordusunun Dərə kəndində necə darmadağın edildiyi və Urartu-Manna elinin apardığı böyük döyüşün bu kənddə baş verdiyi faktlarla göstərilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir