İdman

Kamavinqa Mbappenin “Real Madrid”ə keçməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirdi – FOTO

Sharing is caring!


“Real Madrid”in yarımmüdafiəçisi Eduardo Kamavinqa PSJ-nin hücumçusu Kilian Mbappenin bu mövsümün sonunda parislilərlə müqaviləsi başa çatdıqdan sonra “kral” klubuna keçib-keçməyəcəyi ilə bağlı sualı cavablandırıb.

Oxu.Az-ın məlumatına görə, bu barədə məşhur jurnalist və insayder Fabritsio Romano özünün “X” sosial şəbəkəsində məlumat verib.

“Hər şeyi necə var elə deyirəm: Kilianla bu mövzunu müzakirə etməmişəm. O, PSJ-nin oyunçusudur və gələn mövsüm nə olacağını bilmirəm”, – deyə Kamavinqa bildirib.

Xatırladaq ki, daha əvvəl mətbuatda fransalı hücumçunun artıq “Real Madrid”lə 2029-cu ilə qədər əmək müqaviləsi bağladığı haqda məlumat yayılmışdı. Mbappenin rəhbərlik və komanda yoldaşlarına cari mövsümün sonunda klubdan ayrılacağını dediyi də bildirilirdi.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir