Cəmiyyət

Ağstafada meyiti aşkarlanan qadının öldürüldüyü ehtimal edilir: Saxlanılan var

Sharing is caring!


Ağstafa rayonu ərazisində aşkarlanan meyitin şəxsiyyəti müəyyən edilib.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

İstintaq-əməliyyat tədbirləri ilə zərərçəkmişin Ağstafa rayon sakini, 1973-cü il təvəllüdlü Brilyant Kosayeva olması müəyyən edilib.

Rayonun Poylu kəndi ərazisində qadın meyitinin aşkar edilməsi faktı ilə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsilə cinayət işi başlanıb və iş üzrə 1981-ci il təvəllüdlü Dursun Nəbiyev təqsirləndirilən şəxs qismində cəlb olunub.

İbtidai istintaq davam etdirilir.

Xatırladaq ki, D.Nəbiyev 2006-cı ildə iki nəfəri qətlə yetirib və 16 il həbs cəzası alıb. O, 2022-ci ilin avqustunda azadlığa buraxılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir