Siyasət

Lukaşenko müharibə başlamazdan əvvəl Putinlə gizli söhbətindən danışıb – VİDEO

Sharing is caring!


“Sizə and içirəm ki, Rusiyanın Ukraynaya qarşı hər hansı addım atacağı ilə bağlı Putinlə söhbətimiz olmayıb. Yeganə bildirim budur ki, əməliyyatlar başlayandan bir neçə gün sonra biz onunla iqamətgahında görüşdük və yaranmış vəziyyəti müzakirə etdik.

Bu sözləri Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

“Yaranmış vəziyyəti müzakirə etdik. O, mənə dedi ki, qulaq as, Saşa, bilirsən, belə bir vəziyyətdir indi, əgər Allah eləməsin, nəsə olsa, sən məni qoruyarsan. Biz müttəfiqik, bunu hamı bilir”, – Aleksandr Lukaşenko ukraynalı jurnalist Diana Pançenkoya müsahibəsində deyib.

Lukaşenko xatırladıb ki, müharibə başlayandan sonra ilk günlərdə o, dərhal Belarusun münaqişəyə qarışmayacağını bəyan edib, çünki Rusiya özü hər kəsin öhdəsindən gəlməyə qadirdir. A.Lukaşenko əlavə edib ki, Rusiyanı arxadan vurmağa imkan verməyəcək.

Onun sözlərinə görə, Putin Qərbin kürəyindən bıçaq zərbəsi vurmasından çəkinirdi.

 Mənbə: ura.news

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir