Siyasət

Ayxan Hacızadə ATƏT sədrinin xüsusi nümayəndəsinin regiona səfərinə münasibət bildirib – FOTO

Sharing is caring!


“Hər gün Azərbaycanın onlarla erməni sakini “Laçın” sərhəd-buraxılış məntəqəsindən hər iki istiqamətdə keçir”.

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidməti idarəsinin rəhbəri Ayxan Hacızadə özünün “X” sosial şəbəkə hesabında yazıb.

O, bununla ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin regiona səfərinə münasibət bildirib.

“Hər bir ölkədə olduğu kimi, Azərbaycanda da sərhəddən buraxılış prosesi dəqiq tənzimlənir”.

Bölgəyə böyük həcmdə tədarükə gəlincə, o, Azərbaycanın bu məqsədlər üçün Ağdam-Xankəndi yolunu ayırdığını bildirib.

“Əgər 10 gün əvvəl ermənilər tərəfindən razılaşmanın pozulması baş verməsəydi, bu yoldan istifadə oluna bilərdi”, – deyə A.Hacızadə vurğulayıb.

Yeri gəlmişkən qeyd edək ki, Şimali Makedoniyanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Buyar Osmani şəxsi nümayəndəsi Anjey Kaspşiki Laçın yoluna göndərir.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir