İdman

“Bavariya” və Qarabağın Avropa Liqasındakı rəqibi “Bayer” qalib gəldilər – VİDEO

Sharing is caring!


Almaniya Bundesliqasında IX turun oyunları keçirilir.

Oxu.Az xəbər verir ki, son çempion “Bavariya” səfərdə “Maynts”a üç qolla qalib gəlib – 1:3.

Münhen klubuna qələbə qazandıran qolları Kinqsli Koman, Harri Keyn və Leon Qoretska vurublar. Meydan sahiblərinin təsəlli topuna Antoni Kasi imza atıb.

“Bavariya” hazırda 20 xalla üçüncü pillədədir. Autsayderlər sırasında qərarlaşan “Maynts” iki xalla 17-cidir.

Lider “Bayer” isə səfərdə “Volfsburq”a güc gələ bilib. “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsinin III turunda qonağı olacağı Leverkuzen təmsilçisi 1:2 hesablı qələbə qazanıb. “Bayer”in qollarını Jeremi Frimponq və Alexandro Qrimaldo vurublar. Meydan sahiblərinin heyətində Maksens Lakrua fərqlənib.

“Bayer” 22 xalla əvvəlki kimi zirvədədir. “Volfsburq” 12 xalla doqquzuncudur.

Faiq Tahirov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir