Siyasət

İqor Onofriyçuk: “Azərbaycana nə vaxtsa, mütləq qayıdacağam”

Sharing is caring!


“Azərbaycanı çox bəyəndim, bu ölkəyə mütləq qayıtmağı planlaşdırıram”.

Bunu “Report”a açıqlamasında reabilitasiya proqramı çərçivəsində bir qrup ukraynalı uşaqla birlikdə Azərbaycana səfərə gələn İqor Onofriyçuk deyib.

“Bu gün Azərbaycanda son günümüzdür. Bu ölkəni, onun tarixini çox bəyəndim. Bakı çox gözəl şəhərdir. Sizin milli mətbəxinizlə tanış oldum, ən çox kababı bəyəndim. Bir gün mütləq buraya qayıdacağam” – ukraynalı şagird bildirib.

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyinin təşkil etdiyi 14 günlük sosial reabilitasiya proqramı çərçivəsində ukraynalı uşaqlar paytaxtla yanaşı, ölkənin regionları ilə də tanış olublar. Onlar Şamaxı, İsmayıllı, Qəbələ və Şəkiyə səfər ediblər. Bundan əlavə, uşaqlar psixo-sosial təlimlər, ingilis dili kursları, milli rəqslər, ustad dərslərində də iştirak edirlər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir