Dünya

Rostislav Qorstka: “Azərbaycanda məni heyran edən gözəl məkanlar var”

Sharing is caring!


“Azərbaycanda məni heyran edən çox gözəl məkanlar var”.

Bunu “Report”a açıqlamasında reabilitasiya proqramı çərçivəsində bir qrup ukraynalı uşaqla birlikdə Azərbaycana səfərə gələn Rostislav Qorstka deyib.

“Heydər Əliyev Mərkəzinə olan bugünkü ekskursiyamızdan çox məmnun qaldım. Mərkəzin birinci mərtəbəsindəki eksponatlar, yəni klassik avtomobillər mənim çox xoşuma gəldi. Azərbaycana səfərimiz çərçivəsində biz Qəbələdə də olduq, oranı da çox bəyəndim. Ölkənizin havası təmizdir”, – ukraynalı şagird bildirib.

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyinin təşkil etdiyi 14 günlük sosial reabilitasiya proqramı çərçivəsində ukraynalı uşaqlar paytaxtla yanaşı, ölkənin regionları ilə də tanış olublar. Onlar Şamaxı, İsmayıllı, Qəbələ və Şəkiyə səfər ediblər. Bundan əlavə, uşaqlar psixo-sosial təlimlər, ingilis dili kursları, milli rəqslər, ustad dərslərində də iştirak edirlər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir