Siyasət

“Ermənilər unudublar ki, Naxçıvan 30 il ərzində blokada şəraitindədir” – RƏY + FOTO

Sharing is caring!


“Bir neçə aydır dünyaya haray salan ermənilər unudublar ki, Naxçıvan 30 il ərzində blokada şəraitindədir”.

Bu fikirləri “Report”a açıqlamasında Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Əliyev deyib.

O vurğulayıb ki, Naxçıvan 30 ildir blokada şəraitində yaşayır və bu illər ərzində Muxtar Respublikada həyat həddindən artıq çətin olub:

“30 ildə Naxçıvan öz gücü hesabına ayaqda durmağa çalışıb. Bu gün belə kommunikasiyaların bağlı olması tez-tez gərgin vəziyyətin yaranmasına gətirib çıxarır. Belə bir şəraitdə ermənilər hay-küy qaldırır, Qərbdən özlərinə həyasızcasına dəstək istəyir və dünyaya bəyan edirlər ki, bizim Xankəndiyə gedən yolumuz bağlanıb. Müəyyən mənada dəstək də alırlar”.

“Biz də öz növbəmizdə bu müraciətlə beynəlxalq ictimaiyyətin diqqətini Naxçıvan üzərində cəmləmək istədik. Görünür, bir neçə aydır dünyaya haray salan ermənilər unudublar ki, Naxçıvan 30 il ərzində blokada şəraitindədir. Naxçıvanda insanların yaşayışını, buraya gediş-gəlişin hansı dərəcədə ağır olduğunu dünya ictimaiyyəti görmür? Avropa və bir sıra dairələrin həqiqəti görən gözləri kor, eşidən qulaqları isə kardır. Ona görə də susurlar. İkili standartlardan çıxış edərək Azərbaycanın haqq işini müdafiə etmək əvəzinə, Ermənistanın şivəninə dəstək çıxırlar. Eyni zamanda, məğlub Ermənistanın sülh prosesindən uzaqlaşdığını görə-görə lazımi və adekvat münasibət nümayiş etdirmirlər”, – QHT sədri əlavə edib.

A.Əliyev hesab edir ki, bu cür müraciətlər mütəmadi olaraq beynəlxalq təşkilatlara və aidiyyəti qurumlara ünvanlanmalıdır:

“Uzun müddətdir ki, gözləmə mövqeyindəyik, lakin görünür, biz gözlədikcə ermənilər bir az da həyasızlaşırlar”.

Qeyd edək ki, Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən qeyri-hökumət təşkilatları (QHT) beynəlxalq ictimaiyyətə müraciət ünvanlayıblar. Müraciətdə Naxçıvan Muxtar Respublikasının 30 ildən çoxdur ki, blokada şəraitində yaşadığı qeyd olunub, dünya birliyinin Ermənistanı Zəngəzur dəhlizi layihəsini icra etməyə məcbur etməsinə dair çağırışlar yer alıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir