İdman

“Neftçi”nin futbolçusu əməliyyat oluna bilər

Sharing is caring!


“Neftçi”nin zədəli futbolçuları Ömər Buludov, Azər Salahlı və Eddi İsrafilovun son durumu məlum olub.

Bu barədə “ağ-qaralar”ın həkimi Şaiq Zöhrablı klubun televiziyasına açıqlamasında deyib:

“Ömər Buludovun əzələsində ikinci dərəcəli dartılma olmuşdu. Bu gündən yüngül hərəkətlərə başlayacaq. Azər Salahlının müalicəsi davam etdirilir. Hazırda komanda ilə yüngül hərəkətlərə başlayıb.

Eddi İsrafilov nəzarət altındadır. Müalicələr fonunda məşqlərdə iştirak edir. Ağrıları imkan verməsə və ya təkrarlansa, əməliyyat planlaşdırıla bilər”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir