Siyasət

Georgi Mçedlişvili: “Rusiya maskalarını çıxarmağa vadar olur”

Sharing is caring!


“Rusiya Federasiyası həmişə istəyib və indi də istəyir ki, münaqişə mümkün qədər uzansın”.

Bu sözləri Oxu.Az-a Avropa Universitetinin (Gürcüstan) dosenti, Gürcüstan Xarici İşlər Nazirliyinin Siyasət şöbəsinin keçmiş müşaviri, Bosfor Universitetinin (İstanbul) keçmiş müəllimi Georgi Mçedlişvili deyib.

Onun sözlərinə görə, əvvəllər Rusiya hər iki tərəfə kömək edirmiş kimi davranaraq, sülhün əldə edilməsini gecikdirməyə çalışıb.

“Rusiya Federasiyası həmişə istəyib və indi də istəyir ki, münaqişə mümkün qədər uzansın, çünki məhz bu, Rusiyanın Cənubi Qafqazda təsir rıçaqı hesab olunur.

Azərbaycan-Ermənistan məsələsinin nizamlanmasından başqa Cənubi Qafqaza digər təsir nöqtələri də var ki, bunlar Gürcüstanın iki rayonunun işğalıdır. Rusiya qoşunları Tbilisidən cəmi onlarla kilometr aralıda yerləşir.

İndi Azərbaycan-Ermənistan nizamlanmasına Qərb də qoşulub və bu da Moskvanı maskasını çıxarmağa vadar edib. Onlar hər şeyi düşünmək lazım olduğunu, tələsməyə zərurət olmadığını desələr də, faktiki olaraq şərti “sirr” kimi bilinənlər aydınlığa qovuşur. Rusiya Federasiyası nizamlanma prosesini dağıtmağa çalışır”, – deyə o qeyd edib.

Nair Əliyev

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir