Siyasət

Ukrayna daxili işlər nazirinin müavini Azərbaycan səfiri ilə görüşüb

Sharing is caring!


Ukrayna daxili işlər nazirinin müavini Bohdan Drapyatı Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.

Danışıqların əsas mövzusu Ukraynanın minalardan təmizlənməsi və bu istiqamətdə Azərbaycanın yardımı məsələsi olub.

Xüsusilə, ölkəmizin Ukraynadakı səfiri rəsmi Kiyevə yardım paketinin həcminin artırılmasını açıqlayıb.

“Biz sizin dözümlülüyünüzə və cəsarətinizə heyran olduğumuzu bildirmək istəyirik. Bu səbəbdən biz Ukraynaya humanitar minatəmizləmə məsələsi də daxil olmaqla, yardım paketinin həcmini artırmaq qərarına gəldik. Biz artıq Ukraynaya kömək etmək üçün öz üzərimizə siyasi öhdəliklər götürmüşük”, – Mərdəliyev bildirib.

Mənbə: rbc.ua

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir