Siyasət

“Fransa tarixinin heç bir dövründə bu qədər gücsüz, çarəsiz duruma düşməyib” – ŞƏRH + FOTO

Sharing is caring!


“Fransa dövlətinin neokolonist mövqeyi və neoimperialist siyasət yürütməsi sirr deyil. Lakin xüsusən, Makronun hakimiyyəti illərində artıq Fransa bu niyyətini açıq formada ifadə etməyə başlayıb”.

Bu fikirləri Oxu.Az-a fransalı deputatların Fransa Prezidenti Emmanuel Makrona müraciətini şərh edərkən Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib. O qeyd edib ki, Makron iqtidarı Afrika, Asiya və Cənubi Amerika ilə yanaşı, Cənubi Qafqaza doğru irəliləməklə bu siyasəti yeni və daha aqressiv mərhələyə daşımağa cəhd etdi:

“Lakin bu, rəsmi Parisin böyük səhvi oldu. Fransa bizim regionda 30 illik riyakar fəaliyyətin, habelə qərəzli və vicdansız davranışının ardınca Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən regiondan de-fakto qovuldu. Eyni zamanda, Prezident İlham Əliyev Qoşulmama Hərəkatının sədri kimi öncə Əlcəzairdə, daha sonra Hərəkatın iki Bakı zirvəsində Fransanı ifşa edərək, Makronun neofaşist niyyətinin qarşısını aldı. Həmçinin, bu mənfur siyasətə qarşı Bakıda zərərçəkmiş subyektlərin həmrəyliyi təsis edildi. Bu, Fransanın siyasi və diplomatik iflası idi.

Paris üçün təbii ki, situasiyanı həzm etmək çətindir və Fransa parlamentinin deputatlarının beynəlxalq hüququ heçə sayan, işğalçı və təcavüzkar çağırışlarının kökündə, o cümlədən Cənubi Qafqazdakı təxribatlarının təməlində də bu dayanır. Lakin proseslər göstərir ki, Parisin cəhdləri əbəsdir və yeni qlobal arxitekturada Fransanın hazırkı niyyətlərinə yer yoxdur. Fransa tarixinin heç bir dövründə bu qədər gücsüz, çarəsiz duruma düşməyib. Hazırkı dövrdən sonra artıq nə Makron və komandası, nə də sonrakı Fransa hakimiyyətlərinin heç bir halda hər hansı beynəlxalq subyektə haqq, hüquq, beynəlxalq normalar mövzusunda mühazirə oxumağa mənəvi haqqı qalmayıb. Eyni zamanda, məhz bu riyakar siyasət ucbatından Fransa artıq insan haqları və demokratiya pərdəsi altında digər dövlətlərin daxili işlərinə müdaxilə etmək imkanlarını itirib”.

Qeyd edək ki, Fransa Senatının sədrinin müavini Rocer Karuçi, Senatda “Respublikaçılar” siyasi qrupunun rəhbəri Bruno Retalyö, Senatın Müdafiə və xarici məsələlər komissiyasının sədri Kristian Kambon Prezident Emmanuel Makrona müraciət ediblər.

Onların məktubuna ümumilikdə parlamentin 94 üzvü imza atıb. Müraciətdə “Fransafrik” (Fransa-Afrika siyasəti) dövrünün bitməyə doğru getməsindən məyusluq ifadə edilir.

Aysel Aslan

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir