Siyasət

Sergey Markov: “Rusiya ilə Ermənistan arasında tranzit əlaqəsinin açılması Zəngəzur dəhlizini əvəz edə bilməz”

Sharing is caring!


“Rusiya ilə Ermənistan arasında Gürcüstan vasitəsilə tranzit əlaqəsinin açılması Zəngəzur dəhlizini əvəz edə bilməz”.

Bunu “Report”un Rusiya bürosuna açıqlamasında rusiyalı politoloq, Siyasi Araşdırmalar Mərkəzinin direktoru Sergey Markov deyib.

Onun sözlərinə görə, Zəngəzur dəhlizi Naxçıvanı Azərbaycanın digər hissələri ilə, həmçinin Türkiyəni Azərbaycanla, Türkiyəni Rusiya ilə birləşdirmək üçün nəzərdə tutulub:

“Hesab edirəm ki, Rusiya ilə Ermənistan arasında Gürcüstan üzərindən kommunikasiyanın açılması həqiqətən mümkündür. Lakin bunun üçün Gürcüstanla münasibətlər inkişaf etdirilməlidir. Rusiya Ermənistandan daha çox Gürcüstan hakimiyyəti ilə ünsiyyətdə və əməkdaşlıqda maraqlı ola bilər”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir