Siyasət

Naxçıvan Ali Məclisinin növbədənkənar sessiyası keçirilir, gündəlikdə doqquz məsələ var

Sharing is caring!


Naxçıvan Ali Məclisinin növbədənkənar sessiyası keçirilir.

“Report”un yerli bürosu xəbər verir ki, toplantının gündəliyinə aşağıdakı məsələlər daxildir.

1. “Naxçıvan Muxtar Respublikasının 2023-cü il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi;

2. “Dövlət sosial müdafiə fondunun 2023-cü il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi;

3. “İşsizlikdən sığorta fondunun 2023-cü il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi;

4. Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) hesabatı;

5. “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Daxili Nizamnaməsi”nin təsdiq edilməsi;

6. “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin komitələri haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun qəbul edilməsi;

7. “Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının etik davranış qaydaları haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun qəbul edilməsi;

8. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin komitələrinin yeni tərkibinin təsdiq edilməsi;

9. Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin Fərmanının təsdiq edilməsi.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir