Dünya

İranda etirazçı azərbaycanlılar hökumət qüvvələri tərəfindən güllələndilər – FOTO

Sharing is caring!


İranın hökumət qüvvələri Qərbi Azərbaycan əyalətinin Ağdərə kəndinə hücum edib.

Bu barədə “Azad İran” “Telegram” kanalı bildirib.

“Independent Farsi” nəşrinin bununla bağlı yaydığı məlumata görə, kənd sakinlərinin Ağdərə ərazisində yerləşən qızıl mədənlərində işə götürülməməsi, mədənin qeyri-standart istifadəsi nəticəsində isə əhalinin otlaq sahələrinin məhv edilməsi etirazlara səbəb olub.

Etirazların qarşısını almaq üçün isə bölgəyə polis əməkdaşları göndərilib və nəticədə xeyli sayda vətəndaş güllə yarası alaraq həbs edilib.

Yaralananlar arasında Höccət Möminzadə, Nasir Bəhramiyan və Armin Nikzad adlı etirazçıların olduqları da üzə çıxıb.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir