Siyasət

Moskvanın Qarabağdakı separatçı layihədən əl çəkməsinin vaxtı çatıb – VİDEO

Sharing is caring!


Məlum olduğu kimi, ötən həftə Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin (XİN) Moskvada növbəti görüşü baş tutub. Məhz bu görüş zamanı Rusiya XİN başçısı Sergey Lavrovun ikimənalı bəyanatları İrəvanı növbəti təxribatçı addıma həvəsləndirib.

Bu barədə “Caliber” layihəsinin “YouTube” kanalında yayımlanan yeni süjetdə bildirilir.

Ermənistanın bugünlərdə həyata keçirdiyi “humanitar yük” şousunun şərh edildiyi videomaterialda vurğulanır ki, Rusiya təkcə Ermənistanla Azərbaycan arasında normallaşma və sülh müqaviləsinin imzalanması məsələsində Qərblə rəqabət aparmır. Moskva, həm də ziddiyyətli Qarabağ kartından istifadə etməyə çalışır. Halbuki, artıq bu separatçı layihədən əl çəkmək vaxtı gəlib çatıb.

Daha ətraflı “Caliber”in yeni süjetində:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir