Siyasət

Səfir: “Heydər Əliyev və Kral II Həsən iki ölkə arasında möhkəm qardaşlıq əlaqələrinin əsasını qoyublar”

Sharing is caring!


“Ümummilli lider Heydər Əliyev və Kral II Həsən Mərakeş ilə Azərbaycan arasında möhkəm qardaşlıq əlaqələrinin əsasını qoyublar”.

“Report” xəbər verir ki, bu barədə Mərakeşin Azərbaycandakı səfiri Adil Embarş bu ölkənin dövlət bayramı – Mərakeş Kralı VI Məhəmmədin taxta çıxmasının ildönümü münasibətilə keçirilən tədbirdə bildirib.

“Fürsətdən istifadə edərək, ümummilli lider Heydər Əliyevin xatirəsini xüsusi ehtiramla yad etmək istərdim. O, 1994-cü ildə Mərakeşdə olub. Mərhum Əlahəzrət Kral II Həsənlə birlikdə onlar hər ikisinin qəlbi üçün eyni dərəcədə əziz olan konsepsiyalara – milli suverenlik və ərazi bütövlüyünə qarşılıqlı dəstəyə əsaslanan möhkəm qardaşlıq əlaqələrinin əsasını qoyublar”, – A.Embarş deyib.

Səfir əlavə edib ki, hazırda bu əlaqələr Mərakeş Kralı VI Məhəmməd və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən davam etdirilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir