İqtisadiyyat

Nazir: “Azərbaycan 2028-ci ilədək enerji ehtiyaclarının 30%-ini bərpa olunan mənbələrdən təmin edəcək”

Sharing is caring!


“Azərbaycan bərpaolunan mənbələrdən enerji ehtiyaclarının 30%-ini təmin etmək məqsədinə 2028-ci ilə qədər çata bilər”.

“Report” xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Davosda keçirilən Dünya İqtisadi Forumunda “COP28 və qarşıdakı yol” adlı paneldə deyib.

“Azərbaycan 2030-cu ilə qədər enerji ehtiyaclarının 30%-ni bərpa olunan mənbələrdən əldə etməyi qarşıya məqsəd qoyub. Bu məqsəd üzrə artıq xeyli irəlidəyik. Bu templə davam edərsək, hədəfimizə daha tez – 2028-ci ilə qədər nail ola bilərik”, – deyə nazir qeyd edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir