Dünya

Fermerlərə məhsullarını qorumaq üçün unikal üsul təklif edildi: Dərman istifadəsini 50 faiz azaldır – FOTO

Sharing is caring!


Alimlər əkin sahələrini həşəratlardan qorumaq üçün unikal üsul təklif ediblər. Belə ki, sözügedən sahələrin qırmızı torla örtülməsini məsləhət görüblər.

Bu barədə “Scientific Reports” jurnalında dərc olunan məqalədə bildirilib.

Məlumata görə, bu kəşf antifidantların (həşərat zərərvericilərə qarşı vasitələr) dozasını 50 faizə kimi azalda bilər.

Sintetik antifidantlar torpağın qələviləşməsinə və zərərsiz həşəratların da zəhərlənməsinə səbəb olur. Bəzi zərərvericilər isə antifidantlara davamlı ola bilər, buna görə fermerlər onlardan daha tez-tez və daha böyük dozalarda istifadə etməli olurlar.

Kənd təsərrüfatı torları məhsulları qorumaq üçün alternativ üsuldur. Adətən ağ, qara və mavi rənglərindən istifadə olunur. Onlar həşəratlar üçün mexaniki maneə kimi xidmət edirlər. Dəliklər kiçik olduqca torlar bir o qədər effektiv olur.

Alimlər yeni araşdırmada rəngin də eyni dərəcədə vacib olduğunu aşkar ediblər. Belə ki, qırmızı torların trips böcəyinə (“Trips Tabaci”) necə təsir etdiyini qiymətləndiriblər.

Bu həşərat antifidantlara çox davamlıdır, bir çox mədəni bitkiləri yeyir və onlar üçün təhlükəli virusları yayırlar.

Təcrübə göstərdi ki, ağ-qırmızı və ya qırmızı torlar sahələri həşəratlardan daha səmərəli qoruyur. Özü də bu məsələdə tordakı dəliklərin ölçüsü əhəmiyyətli deyil. Onlar böcəyin bədənindən daha iri olsa da, zərərvericilər bitkilərə hücum etməyiblər.

Açıq tarla ilə müqayisədə qırmızı torla örtülmüş sahə üçün antifidantların 25-50 faiz daha az dozası lazım olub.

Qırmızı rəng effekti həşəratların vizual xüsusiyyətləri ilə əlaqələndirilir. Alimlər qeyd ediblər ki, torlar antifidantlardan bahalı olsa da, uzun illər istifadə oluna bilər.

Qırmızı torların dəliklərinin iri olması hava və işıq keçiriciliyini qoruyacaq, həmçinin göbələk infeksiyası ehtimalını azaldacaq.

Mənbə: Gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir